Tortikolis

Tortikollis-əyriboyun mənasını verir və bir çox səbəbə bağlı olaraq, kəskinləşə bilər. Boyun əyriliyi doğuşdan yaranır. Bu doğuş zamanı və ya doğuşdan sonra özünü biruzə verir. Buna adi danışıq dilində doğuşdan yaranan əzələ mənşəli boyun əyriliyi deyilir.

Baş əzələnin gərgin olduğu tərəfdə yana doğru əyilir və üz qarşı tərəfə baxırmış kimi görülür. Boyunu əyriliyin əks tərəfinə qaytarmağa və ya yana əyməyə çalışdıqda hərəkət məhdudiyyəti yaranır.

Tortikollis xəstəliyi əzələ daxilindəki qansızma ilə yaranan fibroz düyün və uşağın tərs gəldiyi hallarda doğum aktı travması nəticəsində yarana bilər. Xüsusilə bud çıxığı, əyrilik və skeletin doğuşdan gələn deformasiyası genetik köklərlə bağlıdır.