Osteoartrozlu xəstələr ilkin dövrdə zədələnmiş oynaqlarda olan ağrılardan şikayətlənir. Belə ağrılar əsasən çox hərəkət zamanı artır. Xəstəliyin gedişi uzunmüddətlidir, simptomlar əsasən çox yavaş-yavaş artdığı üçün xəstə sanki öz xəstəliyinə adət edir.
Ağırlaşmalar əsasən 2 formada müşahidə olunur.
1-ci halda ümümi yorğunluq fonunda toksiki və infeksion təsirlərdən, soyuq temperaturun təsirindən ağrılar tədricən güclənir və oynaqlarda şişkinlik əmələ gəlir.
2-ci halda isə qəflətən oynağın blokadası baş verə bilər, bu zaman qəfləti kəskin ağrılar başlanır və oynaq hərəkəti mümkünsüz olur. Bu vəziyyət zaman-zaman periodik hal alır. Bir müddət sonra həmin oynaqda deformasiya müşahidə olunur.