Boğaz ağrısı

Boğaz ağrısına səbəb olan müxtəlif faktorlar var. Boğaz ağrısı əsasən udqunanda boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Bu ağrının əsas əlaməti faringitdir. Boğaz ağrısı ilə faringt termini bir-birindən fərqlənir. Tibbdə faringit olaraq tanınan boğaz ağrısı boğazın iltihablanması nəticəsində formalaşaraq mikroblar və maddələr mübadiləsində olan müxtəlif problemlər nəticəsində yaranır. Boğaz ağrısının ən məşhur səbəbi, soyuqdəymə və ya qrip hesab olunur. Bir vurus nəticəsində yaranan ağrılar öz-özünə və evdə kiçik müdaxilələr nəticəsində keçir. Boğaz ağrısının çox az görülən digər səbəbi bakterial infeksiyalar hesab olunur. Bu halda isə antibiotiklərdən istifadə etmək tələb olunur. Boğaz ağrısının başqa səbəbləri isə kompleks müalicə tələb edir.

1 yaşdan aşağı uşaqlarda boğaz ağrısı çox nadir olaraq görülür. Boğaz ağrısına hər yaşda rast gəlinsə də, ən çox 4-7 yaş arası uşaqlarda görülür. Boğaz ağrısı bəzi hallarda təhlükəli ola bilər və bu hallarda tədbir görüləmsi vacib hesab olunur. Boğaz ağrısı hər kəsdə özünü fərqli cür biruzə verir. Məsələn bakteriya ilə bağlı boğaz ağrısı varsa bu yüksək temperatura gətirib çıxara bilər. Yüksək qızdırma nəticəsində 40 dərəcəyə kimi temperatur yüksələ bilər. Boğaz ağrısının müəyyən əlamətlərinə səs batıqlığı, öskürək, boğazda yüngül yanma hissi, yorğunluq, nəfəsdə qoxu, tozlu mühitdə problem yaşanması kimi hallar daxildir.