Anosmiya çox nadir hallarda müşahidə olunan patologiyadır və iybilmə qabiliyyətinin itməsi xəstəliyidir. İybilmə qabiliyyətinin qismən itməsi isə hiposmiya adlanır. Hər iki xəstəlik anadangəlmə və ya qazanılmış ola bilər. Hiposmiya və anosmiya tamamilə müxtlif səbəblər nəticəsində yarana bilər və müxtəlif orqanların və toxumalarının zədələnməsi simptomları ola bilərlər. Bu səbəbdən düzgün diaqnozun təyin olunması çox vacibdir. Əksər hallarda anosmiya xəstəliyinə soyuqdəymə, burun çəpərinin əyilməsi və ya poliplər səbəb olur. Bu halda mexaniki maneələr səbəbindən iy bilmə qabiliyyəti zəifləyir. Hiposmiyanın səbəbləri bunlar ola bilər: quru hava, siqaret çəkmək, şəkər xəstəliyi, sinir sistemini xəstəlikləri, baş beynin törəmələri və s.