Vazomotor rinit burunda daimi damar tonusunun pozğunluğu ilə müşayət olunan burnun xroniki iltihabıdır. Burnun selikli qişa ilə örtülmüş yan divarlarına sümük strukturlar bərkidilib – bu burun qanadlarıdır. Onlara çox böyük miqdarda damarlarlar birləşib. Vazomotor rinit zamanı bu damarlarda qan dövranı pozulur, burun qanadları ödəmləşir və bu da mütəmadi olaraq zökəm simptomlarına səbəb olur – burnun tutulmasına, burundan selikli ifrazatlara. 20 yaşdan yuxarı olan insanlarda, əksər hallarda qadınlarda inkişaf edir.
Vazomotor rinitin simptomları:
- Hansısa səbəb nəticəsində və ya səbəbsiz daimi və ya mütəmadi olaraq burundan selik və ya su xarakterli ifrazatın axması
- Qırtlağın arxa divarından seliyin axması
- Asqırma
- İybilmə qabiliyyətinin zəifləməsi