Preaurikulyar sviş

Adətən preaurikulyar sviş 3-4 sm. uzunluğuna çatan müxtəlif ölçülü nazik keçid şəklində olur. Bu anomaliya irsi, resesiv növə görə keçə bilər. 25% hallarda qulaq svişi irsi keçir. Hərdən bu sviş xroniki iltihabın ocağı ola bilər. Kəskin iltihab zamanı svişdə irinin çıxması üçün kiçik və dərin olmayan kəsik edilir. Əgər iltihabi proses təkrar olunursa, pasientdə bit neçə santimetrə çata bilən svişin ətrafının toxumaları götürülür.