Burunun travmatik zədələri nəticəsində selikli qişasının altında qan toplanması müşahidə olunur və burun çəpərinin hematoma və absesi yaranır. İkincili infeksiya daxil olduqdan sonra isə abses yaranır.
Simptomları: burun nəfəsinin tam tutımasına keçən birtərəfli və ya iki tərəfli nəfəsin tutlması. Hərarətin yüksəlməsi, başağrı – bunların hamısı absesin yaranmasından xəbər verir. Nəinki müayinə, həmdə burun ucunu bir gədər qaldıranda ağrı hissi yaranır və burun dəliyi tərəfə şişən qırmızı torbavari çıxıntılar görsənir.
Müalicəsi: abses boşluğunun açılması və yuyulması sonradan isə tamponlaşdırılması. Antibiotiklər, fizioterapiya. Vaxtında təyin olunmuş hematomanın proqnozu – əlverişlidir. Əks halda ağırlaşmalar istisna olunmur – xarici burunun deformasiya ehtimalı ilə burun çəpəri qığrdağının irinləməsi.