Bir çox insanlar qulaqlarda, başda küy eşidir. “Tinnitus” tibb dilində, ümumiyyətlə qulaq içindəki səs-küy, çınlama və fitə bənzər səslərə verilən addır. Qulaqlarda küy bu səbəblərə görə ola bilər:
- Baş və qulaq travmaları.
- Qulaqda iltihabi proseslər.
- Beyin qan damarlarının daralması.
- Vestibulyar apparatının fəaliyyətində pozulmalar.
- Boyun osteoxondrozu. – Nevroz, stress, həddən artıq yorğunluq.
- Eşitmə apparatında yaşla bağlı olan dəyişikliklər.
- Beyin şişləri (xoş və bədxassəli).
- Nevroloji və psixiki pozulmalar.
- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu