Mədəaltı vəzi orqanizmdəki ən mühüm orqanlardan biridir. Mədəaltı vəzi damarlarda axan qanın tərkibindəki şəkər molekulunun miqdarını tənzimləyir. Əgər qanın tərkibindəki şəkər molekulunun miqdarı azalarsa, mədəaltı vəzi dərhal bu miqdarı artıraraq bunun qarşısını alır və bu tədbirlər insanın həyatını qoruyur. Əgər şəkər molekulunun miqdarı artarsa, bu dəfə də qanın tərkibindəki şəkərin miqdarını azaltmaq üçün tədbirlər görür. Mədəaltı vəzi həzm sisteminə göndərdiyi enzimlərlə də insan həyatında mühüm rol oynayır. Bağırsaqların mədə turşuları tərəfindən parçalanmasının qarşısını alan enzimlər də mədəaltı vəzi tərəfindən hasil edilir. Mədəaltı vəzindən hərhansı bir şikayət olunan zaman pasiyentə laborator analizlər ilə yanaşı ulturasəs müyinə təyin olunur. Bu metodla orqanın ölçüləri, onların daxili strukturu, əlavə törəmələrin və ocaqların mövcudluğu qiymətləndirilir, kəskin və xroniki xəstəliklər və travmatik zədələr üçün xas olan dəyişikliklər aşkar olunur. USM-nin növündən asılı olaraq pasient bəzi hallarda müayinəyə hazırlaşmalı olur. Belə ki: – öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasientə müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinəyə ac qarına gəlməlidir.