Adenoidlər burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir Adenoidlərin böyüməsinin səbəbi insanın konstitusiyası, allergiyaya meyilliyi və ya yuxarı tənəffüs yollarının tez-tez baş verən infeksion xəstəlikləri olur. Burun və burun boşluğunun selikli qişasının iltihabı xəstəlikləri adenoidlərin hipertrofiyasına təkan verirlər.
Təkrarlanan və ya daimi burun tutulmaları, seliyin axması, burunla tənəffüsün çətinləşməsi səbəbindən ağzın açıq qalması, yuxuda xoruldamaq, yorğunluq, əzginlik, xroniki oksigen çatışmazlığından apatiya. Adenotomiya (adenoidlərin götürülməsi ) adenoidlərin müalicəsi üçün effektiv olan yeganə üsüldur.