Ağız boşluğunun kandidozu kandida tipli göbələyin törətdiyi xəstəlikdir. Ağız boşluğunun kandidozu hər kəsdə yarana bilər, lakin əsas risk bölgəsinə kiçik yaşlı uşaqlar və yaşlılar daxildir. Məhz bu yaş kateqoriyalarına orqanizmin qoruyucu gücünün birgədər zəifləməsi xasdır. Ağız boşluğunun kandidozunun birinci dövrü praktiki olaraq simptomsuz keçir. Sonra dil, dodaq üzərində və ya yanağın daxili hissəsində ağ təbəqə yaranmağa başlayır. Əvvəlcə bu təbəqə asanlıqla aradan götürülə bilir, özündən sonra selikli qişada qızarmış nahiyələr saxlayaraq. Ağır hallarda isə zədələnmiş sahələr getməyən ağ təbəgə ilə örtülür.