Dermatologiya dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patologiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostikası, müalicə və proliflaktikası ilə məşğul olan bir sahədir. Dəri xəstəliklərinin əmələgəlmə səbəbləri müxtəlifdir.Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.) Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərir. Dermatit – dərinin müxtəlif qıcıqlandırıcılara iltihabi reaksiyasıdır.
Dermatitin iki növü var:
- Kontakt dermatit
- Toksidermiya
Kontakt dermatitlər qıcıqlandırıcının dəriyə bilavasitə təsir etməsindən əmələ gəlir. Toksidermiyalar isə yad maddələrin bədənə daxil olması ilə əmələ gəlir. Bundan başqa, dermatitlərə seboreyalı dermatit (quvaq, civzələr, akne, sızanaqlar), atopik dermatit (allergik), herpesformlu dermatit, ekzema və s. aiddir.