Ultrasəs müayinə (USM) – müayinə böyrəklərin ölçülərini, yerləşməsini, formasını, strukturunu, funksional vəziyyətini qiymətləndirməyə, həmçinin sidik kisəsini, qarın boşluğundakı ödemləri, böyrəyin qan dövranını qiymətləndirməyə imkan verir.
USM vasitəsi ilə bir çox böyrək xəstəlikləri – pielonefrit, böyrəkdə şiş, vərəm, hematoma, obstruktiv prosseslərlə, irinli ocaqlar (absess, karbunkul) və s. arasında differensial diaqnoz aparmaq olar.
USM göstərişlər:
- sidik sisteminin skrininq diaqnostikası
- böyrəklərin anadangəlmə anomaliyasına şübhə
- anomaliyanın növünün aşkar edilməsi
- hidronefroza, uretrohidronefroza, meqaureter patalogiyalarına şübhələndikdə, obstruksiyanın səviyyəsini, dərəcəsini, mərhələsini müəyyənləşdirmək üçün
- “lal böyrək” – böyrəyin olub-olmamasını aşkar etmək üçün
- “xırda böyrək” – böyrəyin ikincili büzüşməsi, hipoplaziyasının differensial diaqnostikası
- böyrəklərin diffuz xəstəlikləri
- həcmli prosseslərə şübhələndikdə
- polikistoz
- qarın boşluğunun və bel qurşağının küt travmaları
- böyrəkdaşı xəstəliyinə şübhələndikdə
- arterial hipertenziya
- enurez – onun uroloji mənşəli olmasını inkar etmək üçün
- sodik kisəsinin patalogiyasına şübhələndikdə
- patoloji hərəkətlilik, nefroptoz
- böyrək, sidik axarları və sidik kisəsi müalicəsinin gedişinə və ya cərrahi müalicəsindən sonrakı dövrə dinamikada nəzarət
- nefrotik sindrom zamanı boşluq ödemlərini (assit, hidrotoraks, hidroperikard) aşkar etmək üçün
- böyrəklərin punksion bopsiyası üçün optimal yeri aşkar etmək üçün
- sidik ifrazından sonra qalıq sidiyi müəyyən etmək üçün
- exogenliyinə görə böyrəklərin funksional vəziyyətini aydınlaşdırmaq
Əks göstərişlər:
Ulturasəs müayinəsi üçün heç bir əks göstəriş yoxdur.
Ultrasəs dopleroqrafiya (UZD) – qan damarlarında qanın hərəkətini öyrənməyə imkan verir ki, bunu da real zaman çərçivəsində həm qrafiki, həm səsli, həm də kəmiyyətcə nümayiş etdirmək olur. Bu müayinə metodu xəstələrdə qan damarlarında qanın hərəkətini öyrənmək üçün ən təhlükəsiz metod sayılır. Müxtəlif nefrouroloji xəstəlikləri olan uşaqlarda böyrəyin hemodinamikasını öyrənmək üçün UZD vacib müayinə metodu sayılır. Bu müayinə təkcə böyrək arteriyası kötüyündə deyil, həmçinin daha xırda böyrək arteriyalarında seqmentar, payarası, qövs və paycıqarası arteriyalarda qan dövranını öyrənməyə imkan verir. UZD əsasən qlomerulonefrit, tubulointerstitsial nefrit, həmçinin böyrəyin polikistoz xəstəliyi və irsi nefritlərdə böyrək qan dövranını müayinə etməyə imkan verir.