Burun travmaları ən çox uşaqlarda baş verir. Oğlanlar qızlara nisbətən 2 dəfə çox halda sınıq burunla xəstəxanaya düşürlər. Burun sümüyü və burun çəpərinin sınmasına şübhə olarsa, travmaya və onun ağırlaşmalarına uyğun olan əlamətlərə diqqət yetirmək lazımdır.
- Güclü qanaxma
- Gözyaşı ifrazı. Göz yuvasının və gözyaşı xaric edən yolların birgə travması zamanı yarana bilər
- Onurğa beyni mayesinin xaric olması. Yuxarı burun yollarına birləşən xəlbirəbənzər sümüyün sınığı zamanı müşahidə olunur
Mütəxəssis olmayan insana gözyaşını axan onurğa mayesi ilə fərqləndirmək çətin olur, ona görə burundan axan şəffaf və ya qanla qarışmış ifrazat zamanı ayıq olmaq lazımdır. Belə hallarda tez bir zamanda bu sahə üzrə ixtisaslı yardıma müraciət etmək lazımdır.
Burun travması ödemlə müşahidə olunduğundan, həkimlər cərrahi əməliyyatı həmin gün apara bilmirlər, ona görə də müalicə həmişə konservativ terapiya ilə başlanır. Bundan başqa burun travması beynin zədələnməsi ilə müşahədə oluna bilər, bu zaman cərrahi əməliyyat aparmaq məqsədə uyğun deyil, ona görə də bir neçə gün fasilə vermək – vacib şərtdir.