Disklərarası yırtıq

Fəqərəarası disklər onurğanın maye ilə dolmuş, lifli- qığırdaqlı hissələridir.Onlar fəqərələr arasında yerləşərək bir növ hidravlik amortizator rolunu yerinə yetirirlər. Qığırdaq disklər ətraf toxumalardan qidalanır: gecə boşaldılma zamanı suyu özünə çəkir, gündüz isə təzyiq altında ordan çıxarır. İstənilən qeyri-müntəzəm təzyiqlər diskin içindəki qığırdaqlı cismi tərpədərək çıxarır, nəticədə disk dağılır və sinir qıcıqlanır. Bu isə ağrıya səbəb olur.Yaşlandıqca, disklər daha az süngərə bənzər və daha az maye dolu bir vəziyətə gəlirlər.Bu vəziyyət diskin yüksəkliyinin azalması və sərtləşmiş diskin onurğa kanalına doğru çıxıntı yaratması ilə nəticələnir. Artritlər onurğanın fəqərələrarası oynaqların sümük və bağlarının qalınlaşıb genişlənməsinə və bunların onurğa kanalının içinə girməsinə səbəb ola bilər.Fəqərəarası disklərin yırtığı bu diskin fibroz halqasının tamlığının pozulması və pulpoz nüvəyə keçməsi və fəqərəarası diskin fizioloji hüdudundan kənara çıxması ilə xarakterizə olunur.Öz fizioloji hüdudundan çıxmış fəqərəarası diskin geləbənzər hissəsi onurğa kanalından çıxan sinirləri və onurğa beyninin özünü sıxaraq şiddətli ağrıların əmələ gəlməsinə səbəb olur.

Yırtıq  onurğa sütununun bel hissəsində rast gəlinir. Bu, onurğanın bel hissəsinin yükə ən çox məruz qaldığı zona olması ilə əlaqədardır. Yırtığı provokasiya edən amilin xarakterindən asılı olaraq yırtıq onurğa sütununun boyun və döş nahiyəsində olur.

Onurğa sütununda olan zədələr (nəqliyyat qəzaları, yıxılma və s.);- Həddindən artıq yük qaldırma, xüsusən əgər yük götürərkən insan sağa-sola dönürsə;- Qamətin düz olmaması, skolioz;- Əzələ sisteminin zəif olması;- Fəqərəarası disklərdə su-duz mübadiləsinin pozulması;- İrsi amil;- Qocalıq – fəqərəarası diskdə qocalma prosesi ilə bağlı diskin elastikliyinin itirilməsi;- Artıq çəki yuxarıda göstərilən amillərin təsirini sürətləndirir.

Fəqərə arası disk yırtığı özünü hansı əlamətlərlə büruzə verir?

Dönmə və qəfil hərəkət zamanı onurğa sütununda şiddətli ağrının yaranması;-Ayaq və əl barmaqlarında zəiflik, keyimə hissiyatı;-Beldə daimi küt ağrı, onurğa sütununun hərəkətinin məhdudlaşması;-Daimi baş ağrıları, baş gicəllənməsi, qan təzyiqinin tez-tez dəyişməsi;-Ayaqlarda, arxa və ya yan hissədə,yuxarıdan başlamış dabana doğru irradiasiya edən ağrı;-Vegetativ sinir mənşəli narahatçılıq -Qısa yaddaşın pozğunluğu, qulaqlarda cingilti, insanın mütəmadi olaraq əsəbi və agressiv olması, yuxu pozğunluqları,istəksizlik və halsızlığın müşahidə olunması.Bel-oma yırtıqları cinsi zəifliyə, diqqət çatışmazlığı sindromuna gətirir.Onurğa yırtığı zamanı xəstəliyin kliniki əlamətləri yırtığın onurğa sütununun hansı hissəsində yerləşməsindən də asılıdır.Ağır hallarda yırtıq onurğa beyninidə zədələyə bilər. Bu çox ciddi bir vəziyyət və sağlamlıq üçün həyəcan təbilidir. Çünki,zədələnmiş onurğa beyni səviyyəsində ətraflarda (qol və qıçlarda) iflic, sidiyi və nəcisi saxlaya bilməmə vəziyyəti yaranabilər.