Uşaqlıq boşluğunda polip uşaqlığın endometrial qatında baş verən ocaqlı hiperplaziyadır (böyümədir). Endometrium iki qatdan ibarətdir – bazal qat və funksional qat. Buna görə də endometrial polip də iki mənbədən əmələ gələ bilir (funksional və qeyri funksional poliplər). Adətən reproduktiv dövrdə funksional qatdan əmələ gəlir polip. Bazal qatdan əmələ gələn polip adətən 35 yaşdan yuxarı şəxslərdə əmələ gəlir.
Histoloji olaraq polipin vəzili və fibroz formaları olur. Bu bölgünü daha da genəltmək olar. Vəzili polipin adenomatoz polip , yəni bədxassəli formaya keçmə riski var (0.5%). Polipin əmələgəlmə səbəbləri müxtəlifdir. Adətən vəzili polipin əmələgəlmə səbəbini nisbi və mütləq hiperestrogenemiya ilə əlaqələndirirlər. Amma çoxsaylı abort, uşaqlıqda iltihabi prosses və s digər səbəblər də göstərilir.
Simptomları: polip əlamətsiz də mövcud ola bilər. Polipin verə biləcəyi əlamətləri- menstrual qanaxmanın 7 gündən çox davam etməsi, menstrual qanaxma zamanı və ya qanaxmadan kənar günlərdə qarnın aşağı nahiyyəsində və beldə ağrılardır .
Diaqnostikası: polip sağlam, reproduktiv dövrdə olan qadınlarda USM- də görünə bilər. Düzgün diaqnostika üçün menstrual qanaxma bitdikdən dərhal sonra USM etmək lazımdır.
Uşaqlıq boşluğunun qaşınması – mütləq edilməli bir prosedurdur. Belə ki bu həm polipin müayinə metodu, həm də müalicə variantlarından biridir. Bu metodla polipdə bədxassəli şiş hüceyrələri olub, olmadığı təyin edilir.
Histeroskopiya- narkoz altında uşaqlıq boşluğuna histeroskop salınır və uşaqlıq boşluğuna maye vurulu. Bu uşaqlıq boşluğundakı patoloji ocağı gözlə görməyə şərait yaradır.
Uşaqlıq boşluğunun qaşınması- bu prosedur həm də diaqnostik metod olduğundan müalicədə ilk addımdır. Amma uşaqlıq boşluğunun qaşınması zamanı polipin tam xaric edilməməsi riski var, yəni polipin 70% i xaric olar təxminən, 30 % i isə qalar.
Histeroskopiya ilə edilən prosedurlar isə dəqiqliyi ilə fərqlənir- rezeksiya, koaqulyasiya, kriodestruksiya ,lazer daha effektiv metodlardır. Xüsusilə axrırıncı iki metod daha effektivdir. Çünki endometriumun daha dərin qatlarına keçərək qalıq hüceyrə riskini sıfra endirər.
Qeyd edim ki, əgər polip il ərzində 3 dəfə residiv verirsə, uşaqlığın çıxarılması haqda fikirləşmək lazımdır. Polipin cərrahi üsulla xaric edilməsi sonrasında müalicə davam etdirilməlidir.
Polip sonsuzluq kimi bir problemə səbəb olar. Və polipin uşaq boşluğundan xaric olunması fertilliyin bərpa olunmasına gətirib çıxarar. Polip həm düşüklərə səbəb ola bilər, həm də əgər uşaqlıq borularına yaxın yerləşərsə hamilə qalmamaya səbəb ola bilər. Ümumiyyətlə bu barədə çoxsaylı nəzəriyyələr var. Hamiləlik zamanı polipin yenidən yaranması riski demək olar ki yoxdur.