Mastopatiya sud vəzinin xəstəliyi kimi tərcümə olunur və süd vəzisində baş qaldıran bir qrup xəstəlikləri əhatə edir. Mastopatiyanın inkişaf səbəbi aydın deyil. Bəzi nəzəriyyələrə görə bu nisbi və ya mütləq estrogen artıqlığı ikə əlaqədardır. Lakin bu tam sübut oluna bilmir, çünki xəstəliyin əlamətləri estrogenin qadın orqanizmində ən az olan dövründə, yəni menstruasiya qabağı daha da kəskinləşir. Digər nəzəriyyələrə nəzər salsaq yenə də hormonal səbəblər haqda danışılır: prolaktin, prostoqlandin və s.
Mastopatiyanın praktikada istifadə olunan təsnifatı
- Adenozun üstünlüyü ilə fibroz-kistoz mastopatiya
- Fibroz üstünlüyü ilə fibroz -kistoz mastopatiya
- Kistoz üstünlüyü ilə fibroz- kistoz mastopatiya
- Qarışıq diffuz mastopatiya
- Düyünlü mastopatiya
Əlamətləri:
- Süd vəzinə ağrı (bu kürəyə və qola yayıla bilər). Bəzən gilədən ifrazat
- Adenozlu fibroz-kistoz mastopatiya – bu cinsi inkişafın sonunda və hamiləlik dövründə ilk aylarda da təsadüf oluna bilər. Bu növ adətən gənc yaşlarda təsadüf olunur.
- Fibroz üstünlüyü ilə fibroz kistoz mastopatiya. Daha çox reproduktiv dövrün ortalarında, sonlarında təsadüf olunur.
- Kistoz üstünlüyü ilə fibroz kistoz mastopatiya. Bu formada müayinə daha ciddi aparılmalıdır, yəni kistoz boşluqda törəmə və ya möhtəviyyat varsa xarakteri təyin edilməlidir.
Müayinə metodları:
- Rentgenoskopiya və rentgenoqrafiya
- USM
- Ehtiyac varsa sitoloji müayinə
- Ehtiyac varsa biopsiya