Qarın boşluğu USM

USM aparatları ilə aparılan müayinə pasiyentlər üçün zərərsiz,yüksək imkanlara malik olduğundan  tez tez bu diaqnostika növünə müraciət olunur. Müraciət olunan USM müayinə növləri içərisində  ən çox həkim tələbi və ya profilaktik olaraq  qarın boşluğunun ümumi müayinəsidir.

Qarın boşluğu orqanlarının Ulturasəs  müayinəsinə aşağıdakı orqanlar aiddir:

  • Öd kisəsi
  • Qaraciyər
  • Mədəaltı vəzi
  • Dalaq
  • Qarınarxa sahəsi
  • Damarlar

Bu metodla  orqanların ölçüləri, onların daxili strukturu, yerləşdiyi yeri, əlavə törəmələrin və ocaqların mövcudluğu qiymətləndirilir, kəskin və xroniki xəstəliklər və travmatik zədələr üçün xas olan dəyişikliklər aşkar olunur.

USM-nin növündən asılı olaraq pasient bəzi hallarda müayinəyə hazırlaşmalı olur. Belə ki: – öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasientə müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinəyə ac qarına gəlməlidir.

Qarın boşluğu orqanlarınin müayinə göstərişləri :

  • Profilaktik müayinə zamanı
  • Şiş törəmələrinə şübhə olduqda
  • Həzm orqanlarının xroniki xəstəlikləri
  • qarnın yuxarı nahiyələrində ağrılı hisslər
  • Mədənin artıq dərəcədə doldurulmuş olması hissi
  • Yeməkdən sonra qida borusunda şişkinlik hissi
  • Sağ qabırğaaltmda ağırlıq və ağrılı hissələr
  • Kəmərvari ağrılar
  • Yüksək qaz əmələgəlmə
  • Ağızda acılıq hissi
  • Qarın boşluğunun travması
  • “şəkərli diabet” diaqnozunun qoyulması
  • əməliyyata hazırlıq zamanı.

Əks göstəriş:

Ulturasəs müayinəsinə heç bir əks göstəriş yoxdur.