Qasıq nahiyyəsində çıxan yırtıqlara qasıq yırtıqları deyilir. Qasıq yırtıqları 3 alt qrupa bölünür:
- düz qasıq yırtıqları
- çəp qasıq yırtıqları
- femoral yırtıqlar
Bu üçü bir-birinə çox yaxın olan 3 fərqli nöqtədən çıxır və müayinə zamanı asanlıqla bir-biri ilə qarışdırıla bilər, ancaq hamısının müalicəsi eynidir. Düz olmayan qasıq yırtıqları anadangəhlmədir, qasıq kanalının sonradan və özü-özünə açılmasının nəticəsində meydana çıxır. Daha çox uşaqlarda və gənclərdə rastlanır. Düz yırtıqlar, əzələ yırtıqlarından xaricə çıxırlar, idmançılarda və yaşlı xəstələrdə rastlanır. Femoral yırtıqlar femoral dəlikdən çıxır, qasıq yırtıqları arasında ən az rastlananıdır və daha çox qadınlarda görülür. Femoral yırtıqlar digərlərindən 1-2 sm daha aşağıdan çıxır.
Qasıq yırtıqları acıq və ya bağlı üsul ilə bərpa edilə bilər. Acıq metod ilə həyata keçirilən yamaqlı bərpa əməliyyatı vasitəsilə düz və çəp yırtıqların çıxdığı yerlər bərpa edilə bilər, ancaq femoral yırtığın çıxdığı dəlik bu metod vasitəsilə örtülmür. Amma bağlı metod ilə aparılan bərpa əməliyyatı ilə iç tərəfdən hər üç dəliyi də örtmək mümkündür. Femoral yırtıqlar daha çox qadınlarda rastlandığına görə, qadınlardakı qasıq yırtıqlarının həmişə bağlı üsülla bərpası daha doğrudur.
Düzgün metod ilə aparılan bir bağlı bərpa əməliyyatı, sadəcə mövcud olan yırtığı bərpa etməklə qalmır, gələcəkdə eyni tərəfdən çıxma ehtimalı olan digər 2 qasıq yırtığının da qarşısını almış olur. Qasıq yırtıqları içində ən çox rastlananı çəp yırtıqlardır. Burada yırtığın çıxdığı yer anatomik olaraq qasıq kanalıdır. Bu kanal doğuşdan əvvəl xayaların qarnın içindən torbaya endiyi təbii yoldur. Doğuşdan sonra buranın bağlanmaması gözlənilir. Bu kanalın bağlanmaması və ya bağlandıqdan sonra yenidən açılması yırtığa səbəb olur. Buna görə də çəp yırtıqlar daha çox uşaqlarda və gənclərdə görülür.
Düz yırtıqlar isə, əzələnin yırtılması nəticəsində açılır. Idmançılarda və yaşlı xəstələrdə rastlanan yırtıqlar daha çox düz yırtıqlardır. Əzələ yırtılmasının müxtəlif səbəbləri ola bilər: artıq fiziki yüklənmə, sürətlə arıqlama, xroniki öskürək, sıxınma və yaşlanma lə əlaqədar olan əzələ zəifliyi və s. Femoral yırtıqlar isə, anatomik bir kanal olan femoral kanaldan çıxır və qadınlarda rastlanır. Qadınlarda açıq metod ilə aparılan yırtıq əməliyyatlarında yırtığın femoral yırtıq olma ehtimalı unudulmamalıdır.