Etdiyimiz əməliyyatların təxminən 25% i yara izləri, saqqal, bığ, yanıq izləri və daha əvvəldən əməliyyat keçirmiş xəstələrdir. Son dövrdə inkişaf edən bizimdə tətbiq etdiyimiz metodlar sayəsində çox müsbət nəticələr alınmaqdadır. Təbii tətbiqlər edilərkən çox həssas bir iş və yaxşı bir planlaşdırma lazımdır. Çünki bir çoxunun donor sahəsi (saçların alındığı alan) məhduddur. Uğurlu bir əməliyyat üçün hər saç teli çox həssas bir şəkildə alınmalı və istifadə edilməlidir.
Saqqal saç kimi deyil, şəxsdən şəxsə çox fərqlilik göstərməktədir. Müəyyən səvyyədə seyrək saqqalı olan biri bundan narahatlıq çəkməyə bilər. Bu səbəblə ümumilə əkdirmədə çox sıx saqqala ehtiyac olmaz.
Regional saqqal itkisi varsa bu halda ətrafdakı saqqal sıxlığında əkmə planlanaraq əhatəsiylə uyumlu hala gətirilir. Saqqal tamamilə yoxsa bu halda şəxsin istədiyi sıxlıq və limitə bağlı olaraq əkilə bilər. Saqqal normalda təkli vəya ikili olaraq və üzün hər hissəsində müxtəlif bucaqla çıxmaqdadır.
FUE texnikasıyla əkmədə köklər birli və ikili olaraq və hər sahədə olması gərəkən təbii bucağıyla əkildiyi üçün əkilən saqqalların normal saqqaldan fərqliləndirmək çətindir. FUE texnikasıyla saqqal əkimi düşünüldükdə şəxsin boynunda kifayət qədər kök yoxdursa köklər bədənin digər qıllı hissələrində də alına bilər.
Kişilərin bığ saqqal və favori hissəsində qıl çıxmaması vəya qıl itkisinın olması halında, əkim edilir. Bığ saqqal favori əkiləcək sahəyə boyundan alınan saç kökləri nəql edilir. Saqqal, bığ favori əkimlərində yalnız FUE metodu tətbiq edilməlidir. Bığ, saqqal, favori əkimləri yara izi, əməliyyat izi, yanıq izi, tökülmə kimi problemlərdə tək həlli yolu əkməktir. Heç bığ, saqqal, favori çıxmamış hallarda əkmələr uğurla nəticələnir.
Bığ, saqqal, favori əkimlərində qıl kökü alınan sahə və əkilən sahə 2 gün sonra yuyulur. Yuma sonrası əkilən saqqallar görünə biləcək şəklə gəlir və 2-3 günlük saqqal görünüşü yaranır. 6-7 gün sonrasında çəhrayı bir görünüş ortadan qalxar. Qollardan, ayaqlardan, sinədən vəya boyundan alınan greftlərin (saç köklərinin) yerində heç bir iz qalmaz.
3 həftədən sonra əkilən saqqal və bığın bir hissəsində müvəqqəti bir tökülmə ola bilər. Müvəqqəti tökülmədən 2.5-6 ay sonra tökülənlərin hamsı yenidən çıxar.
Əkilən saç kökləri, bığ hissəsində vaxt keçdikcə uzaya bilər. Kişilər normal təraş fəaliyyətlərini edərkən əkilən sahədəki qılları da kəsə bilər. Əkmədən sonra uzamağa davam edən saqqal, favori və bığ 8-9 gündən sonra qayçı ilə qısaldılıb vəya uzadıla bilər. Köklərin kifayət qədər tutunması üçün ilk təraş əsasən 8-9 gün sonra edilməlidir.
Saqqal, bığ və favori əkmələri lokal anesteziya ilə edilir.