Skleroma

Skleroma- yuxarı tənəffüs yollarının selikli qişasını zədələyən xroniki infeksion xəstəlikdir. Skleroma morfololoji olaraq özündə öncə yumşaq infiltratların (orqanizmin toxumalarında qan və limfa ilə qarışıq hüceyrə elementlərinin toplanmasıdır) əmələ gəlməsini əks etdirir. Bu infiltratlar düyün şəklində olur, sonralar bərk konsistensiyaya çevrilir.
Burunun skleroması: Xəstənin şikayətləri burunda quruluq və tıxanma hissidir. Selikli qişanın atrofiyası ilə əlaqədar olaraq bəzən çürümüş meyvə qoxusuna bənzər şit qoxu hissi olur. Rinoskopiya zamanı burun girişində nahamar infiltrat təyin olunur. Əgər infiltrat burun dəhlizində yerləşirsə, burunun xarici görünüşü deformasiyası nəzərə çarpır.