Skolioz və kifoz

Kifoz – bu onurğanın saggital ölçüdə 50º-dən çox əyilməsinə deyilir. Kifozun ən çox rast gəlinən formaları isə bel bükülməsi və Şeurman kifozudur. Bəzən qarışıq kifoskoliozlara rast gəlinir.

Skolioz və ya onurğa əyriliyi dedikdə, onurğanın yana 10 dərəcədən artıq əyilməsi nəzərdə tutulur. Skoliozun ən çox rast gəlinən forması aşağıdakılardır:

  • İdiopatik
  • Anadangəlmə
  • Sinir-əzələ mənşəli
  • Strukturlu

İdiopatik skolioz adətən, 10 yaşından sonra inkişaf etməyə başlayır, qızlarda 12 yaşında oğlanlarda isə 14 yaşında inkişaf etməyə başlayır. Skoliozun isə bilinən bir neçə dərəcəsi var, nəzərə çarpmayan formadan deformasiyaya uğramış onurğaya qədər  rast gəlinir. Bu zaman onurğa deformasiyasından başqa, qabırğalarda dəyişiklik və nəfəsalmada pozğunluqlar yaranır.

İdiopatik skolioz çox vaxt 1-10 yaşarası  uşaqlarda  rast gəlinir. Diaqnozun vaxtında qoyulması üçün profilaktik tədbirlərin görülməsi çox vacibdir.

Anadangəlmə skolioz onurğa strukturlarının malformasiyası nəticəsində meydana çıxır. Spinal xorda elementləri və onurğa strukturlarından hestasiya dövrünün 3-6-cı həftələri  arasında yaranır və inkişaf edir. Anadangəlmə onurğa xəstəlikləri, adətən digər orqanların malformasiyaları ilə rast gəlinir. Bunlara isə qinekourinar  trakt, sinir sistemi və ürək daxildir.

Sinir-əzələ mənşəli skolioz sinir sisteminin pozğunluqları ilə bağlı meydana çıxan bir növüdür, məsələn, uşaq serebral iflici, onurğa fəqərələrinin çatı, əzələ distrofiyası, kürək nahiyəsinin travması, onurğa şişləri, neyrofibromatoz.