Soyuqdəymə

Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik zökəm isə burun dəliyinin birində keçir. Xəstəlik burunda qaşınma, yanğı, quruluq, asqırma ilə başlayır. Hərarət 38-39 dərəcə qalxır, ümumi zəiflik, başağrısı, üşütmə əlamətləri baş verir. Burunla nəfəsalma çətinləşir. Dad, iy bilmə hissiyyatı itir. Burundan amiak və xleorid natriy tərkibli şəffaf maye axır. Bu üzdən burun qıcıqlanır, burun ətrafı dodaqüstü dəri qızarır və şişir. Burundan seliz axını gücləndikdən sonra xəstəliyin birinci mərhələsi simptomları – burunda quruluq, gicişmə yox olur. Əvəzində göz sulanması, bəzən konyuktivit, ağır nəfəsalma, asqırıq, qulaqlarda küy güclənir. Xəstəliyin 4-5 günlərində irinli sliz axını başlayır. Bu xəstəliyin kluminasiya mərhələsinə keçdiyini göstərir. Burunda kiçik kapilyarlar zədələndiyinə görə ifrazat qanlı olur. Sonrakı günlər ifrazat azalır, nəfəs və dad hissiyyatı normallaşır və xəstəlik başladığından 8-14 gün sonra zökəm keçir. Burunun selikli qişasının iltihabı bəzən nəfəs yollarına, eşitmə yollarına da keçə bilir.

Xroniki zökəmin allergik, adi, hipertrofik, atrofik növləri var. Xroniki zökəmə burun arakəsmələrindəki deffektlər, udlaq, ağciyər bronxial və immun sistemi pozğunluqları səbəb olur. Allergik zökəm mövsümi və ya daimi olur. Əsas simptomları asqırma, burun, ağız boşluğunda gicişmə ilə keçir.