Tinnitus

Bir çox insanlar qulaqlarda, başda küy eşidir. “Tinnitus” tibb dilində, ümumiyyətlə qulaq içindəki səs-küy, çınlama və fitə bənzər səslərə verilən addır. Qulaqlarda küy bu səbəblərə görə ola bilər:

  • Baş və qulaq travmaları.
  • Qulaqda iltihabi proseslər.
  • Beyin qan damarlarının daralması.
  • Vestibulyar apparatının fəaliyyətində pozulmalar.
  • Boyun osteoxondrozu. – Nevroz, stress, həddən artıq yorğunluq.
  • Eşitmə apparatında yaşla bağlı olan dəyişikliklər.
  • Beyin şişləri (xoş və bədxassəli).
  • Nevroloji və psixiki pozulmalar.
  • Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu