Varikosel – damar genişlənməsi, xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir (latın sözü olan varix-venoz düyün və sele – şişkinlik deməkdir) və əsasən soltərəfli olur. Varikosel daha çox gənc insanlarda rast gəlinir və bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosel cinsi əlaqə zamanı ağrılar, cinsi fəaliyyətin və reproduktiv (nəsil artırma) funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir.
Səbəbləri:
- Səbəblərindən biri vena divarlarının və qapaqlarının anadangəlmə zəifliyidir. İrsi xüsusiyyətlə əlaqədar bu tipli patologiyalara (ətraf venalarının varikoz genişlənməsi, yastıdabanlıq, ürək qapaqlarının qüsurları və s.) genetik meylilik qeyd olunur.
- Xayalıq və kiçik çanaq venalarında təzyiqin yüksək olması göstərilir.
- Varikoselin (damar genişlənməsi) əsas səbəblərindən biri də vena testicularis-in gedişində olan anatomik xüsusiyyətlədir. Varikoselin sol tərəfdə çox rast gəlinməsi səbəbi məhz vena testicularis-in sağ və sol tərəfdə fərqli gedişi ilə əlaqəlidir.
- “Simptomatik varikosel” isə peritonarxası sahənin şişlərindən, məsələn, böyrək şişlərindən qaynaqlanan hallardır. Bu nöqteyi-nəzərdən varkoselin sağ tərəfdə rast gəlinməsi, eləcə də kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur.
Əlamətləri:
- Xayalarda ağrı
- Xayalarda balacalaşma
- Xayalarda dolğunluq hissi
- Sonsuzluq (İnfertility)
- Gözlə görülə bilən genişlənmiş damarlar
- Ələ gələn genişlənmiş damarlar
Varikoselinin 3 dərəcəsi olur:
1-ci dərəcə – Xaya venaları palpasiya olunmur (əllənmir), onların genişlənməsini yalnız instrumental müayinə üsulları (USM, dopleroqrafiya) ilə müəyyənləşdirmək olur.
2-ci dərəcə – Xaya venaları ayaq üstündə dayanarkən palpasiya olunur, uzanmış vəziyyətdə palpasiya olunmur.
3-cü dərəcə – Genişlənmiş xaya venaları ayaq üstündə də, uzanmış vəziyyətdə də palpasiya olunur. Xaya və toxum ciyəsi venaları vizual olaraq müəyyənləşdirilir.
Müalicəsi: Varikosele xəstəliyi diaqnozu qoyulan xəstələr əməliyyat olunmadığı zaman mütləq sonsuzluq ortaya çıxmaz. Xəstədə varikosele müəyyən edildikdən sonra əvvəlcə sperma analizi aparılmalıdır. Sperma analizindən sonra dəyərlər aşağıdırsa və əməliyyat edilməzsə dəyərlər daha da aşağı düşərək hamiləlik olmasını təmin edəcək dəyərlərdən az olaraq sonsuzluq yarada bilər. Sperma sayı və hərəkəti normal olan xəstələrin əməliyyat olmasına ehtiyac yoxdur, əməliyyat olmaması mütləq sonsuzluğa yol açmaz amma zamanla sperma sayı azala bilər. Bu səbəblə 6 ay aralıqla sperma analizi aparılaraq sperma sayı və hərəkətində azalma olub olmadığı yaxından müşahidə edilməlidir.
Varikosel əməliyyatı aparılması üçün 2 səbəb vardır, bunlardan birincisi və ən önəmlisi sperma sayı və hərəkətinin azlığına bağlı uşaq olmaması vəziyyətidir. İkinci səbəb isə varikosele bağlı testislərdə olan ağrıdır. Əgər xəstədə gündəlik həyatına təsir edəcək qədər ağrı varsa və bu ağrı dərmanlarla keçmirsə əməliyyat tətbiq edilə bilər. Hidrosel termini, Yunanca hydro; Su və cele; Şiş sözlərindən gəlir. Hidrosel, testisləri əhatə edən pərdələr içində normaldan daha çox maye yığılması nəticəsində testis kisəsinin (skrotum) şişməsi halıdır. Normalda testis ilə bu pərdələr arasında, testisin sürüşkənliyini təmin etmək üçün 0,5 -1 mln. maye olarkən hidrosel zamanı bu maye miqdarı100-200 mln. hətta bəzən daha çox həcmlərdə ola bilər.
Hidrosel növləri:
Kongenital (Doğuşdan Gələn) Hidrosel:
Ana bətnində testis, qarın içində yerləşir və hamiləliyin 14-cü həftəsindən etibarən qarının alt bölgələrinə doğru irəliləyir və sonra skrotumadlanan testis torbasına düşür. Bu düşmə zamanı birlikdə sürüklənən qarın pərdəsi (periton) skrotuma qədər testislə birlikdə düşür. Doğuşdan bir müddət sonra bu kisəcik bağlanaraq iplik kimi bir quruluş halını alır, bu kisəcik bağlanmaz isə qarın içərisindəki maye bu açıqlıqdan keçərək testis ətrafında skrotumda toplanır və şişə səbəb olur,bu yaranan vəziyyət hidrosel adlandırılır, əgər açıqlıq böyük isə qarın içi orqanlar buradan çıxaraq qrıja yarana bilər. Hidrosel, testisi əhatə edən pərdələrlə məhdud qalıbsa, buna testikulyar hidrosel, testis kortu boyu kistlər bir quruluş şəklində məhdud isə kord hidroseli və ya kordon kistası adlandırılır.
Yeni doğulanlarda 2 növ hidrosel görülür:
- Komunikan hidrosel (əlaqəli hidrosel); Skrotuma düşən qarın örtüyünün tamamilə açıq olması anlamında,
- Komunikan olmayan növ hidrosellərdə, bu zərin qarın tərəfində olan hissəsinin normal olmayan şəkildə bağlanması və peritoneal mayenin skrotum içərisində qalması mənasındadır.
Yetkin Hidrosel:
Yetkin kişilərdə və daha yaşlılarda skrotumun məruz qaldığı travma, testis iltihabı xəstəlikləri, testis şişləri, varikosel əməliyyatları və radyoterapidən sonra kimi səbəblər ilə hidrosel yarana bilər.
Diaqnozu: Hidrosel diaqnozu şikayət və fiziki müayinə ilə asanlıqla qoyula bilər. İnguinal-skrotal ultrasonografiya, diaqnozu təsdiq etmək üçün keçirilə bilər, testislərdəki anormallıqlar (xüsusilə testis şişləri), kompleks kistik kütlələr, spermatosel, və ya birlikdə qrıja olub olmadığını göstərməkdə aktivdir.Testis rəngli Doppler ultrasonografiyası, testisdəki qan axınını göstərmədə istifadə edilir və xüsusilə testis burulmasından şübhələnilirsə mütləq aparılmalıdır.
Müalicəsi: Müalicədə iynə ilə mayenin boşaldılması və ya cərrahi əməliyyat tətbiq olunur.İynə ilə mayenin boşaldılmasında daha sonra xəstəlik təkrar edilə bilər.Əməliyyatla isə həm maye boşaldılır, həm də qrıja əməliyyatında olduğu kimi torbalarla qarın arasındakı açıqlıq ortadan qaldırılır.
Hidrosellə birlikdə qrıja varsa, ağrı çox isə təcili əməliyyat edilməlidir.