Xroniki irinli orta otit (otitis media purulenta chronica)-orta qulağın xroniki irirnli iltihabıdır. 3 əlamətlə xarakterizə olunur: təbil pərdəsinin stabil perforasiyasının varlığı, qulaqdan daimi və ya vaxtaşırı irinin axması, inkişaf edən eşitmə itkisi. Xroniki irinli orta otit – geniş yayılmış xəstəlik sayılır, hal-hazırda əhalinin 0,8-1% bu xəstəlikdən əziyyət çəkir. Xəstəlik nəinki eşitmə qabiliyyəti üçün, həmçinin kəllə-beyin daxilində ağırlaşmalar baş verdikdə ümumilikdə insan həyatı üçün də çox böyük təhlükə daşıyır.