Adenoid

Adenoidlər burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir Adenoidlərin böyüməsinin səbəbi insanın konstitusiyası, allergiyaya meyilliyi və ya yuxarı tənəffüs yollarının tez-tez baş verən infeksion xəstəlikləri olur. Burun və burun boşluğunun selikli qişasının iltihabı xəstəlikləri adenoidlərin hipertrofiyasına təkan verirlər. Təkrarlanan və ya daimi burun tutulmaları, seliyin axması, burunla tənəffüsün çətinləşməsi səbəbindən ağzın açıq qalması, yuxuda […]

Ətraflı

Haymorit

Haymorit sinusitlərin bir növü olub, üst çənə cibinin iltihabıdır. Kəskin və xroniki formaları mövcuddur. Kəskin haymoritin əlamətləri׃ ümumi zәiflik burun tutulması asqırma baş ağrıları üz nahiyәsindә ağrılar göz qapaqları ödəmlәşir, qızarır iy bilmә pozulur bir vә ya ikitәrәfli selik ifrazı Kәskin haymorit 2-3 hәftә davam edir. Kәskin haymorit müalicә olunmazsa xroniki haymoritә keçir.

Ətraflı

Skleroma

Skleroma- yuxarı tənəffüs yollarının selikli qişasını zədələyən xroniki infeksion xəstəlikdir. Skleroma morfololoji olaraq özündə öncə yumşaq infiltratların (orqanizmin toxumalarında qan və limfa ilə qarışıq hüceyrə elementlərinin toplanmasıdır) əmələ gəlməsini əks etdirir. Bu infiltratlar düyün şəklində olur, sonralar bərk konsistensiyaya çevrilir. Burunun skleroması: Xəstənin şikayətləri burunda quruluq və tıxanma hissidir. Selikli qişanın atrofiyası ilə əlaqədar olaraq […]

Ətraflı

Tinnitus

Bir çox insanlar qulaqlarda, başda küy eşidir. “Tinnitus” tibb dilində, ümumiyyətlə qulaq içindəki səs-küy, çınlama və fitə bənzər səslərə verilən addır. Qulaqlarda küy bu səbəblərə görə ola bilər: Baş və qulaq travmaları. Qulaqda iltihabi proseslər. Beyin qan damarlarının daralması. Vestibulyar apparatının fəaliyyətində pozulmalar. Boyun osteoxondrozu. – Nevroz, stress, həddən artıq yorğunluq. Eşitmə apparatında yaşla bağlı […]

Ətraflı

Menyer

Menyer xəstəliyi – labirint mayesinin həcminin və labirint daxili təzyiqin yüksəlməsi, eşitmənin pozulması, qulaqda küyün əmələ, başgicəllənmə, ürəkbulanma ilə müşayət olunan daxili qulağın qeyri iltihabi xəstəliyidir. Xəstəlik əsasən öz əlamətlərini 17-72 yaşları arasında daha cox birüzə verir. Xəstəliyin səbəbləri: Allerji xəstəliklər Endokrin xəstəliklər Damar xəstəliklər Virus xəstəlikləri Sifilis Bast qapağının deformasiyası və s.

Ətraflı

Stomatit

Stomatit kifayət qədər çox rastlanan ağız boşluğunun selikli qişasının iltihabıdır. Stomatit bütün yaş qruplarında rast gəlinən bir prosesdir. Stomatit xəstəliyini qlossit (dilin iltihabı), xeylit ( dodaqların iltihabı), palatinit ( damağın iltihabı) kimi xəstəliklərlə qarışdırmaq lazım deyil. Stomatitin inkişafına daxili orqanların xroniki iltihabının kəskinləşməsi, sinir sisteminin xəstəlikləri, maddələr mübadiləsinin pozulması, vitamin çatışmazlığı, daxili sekresiya vəzilərinin funksiyasının […]

Ətraflı

Xroniki irinli orta otit

Xroniki irinli orta otit (otitis media purulenta chronica)-orta qulağın xroniki irirnli iltihabıdır. 3 əlamətlə xarakterizə olunur: təbil pərdəsinin stabil perforasiyasının varlığı, qulaqdan daimi və ya vaxtaşırı irinin axması, inkişaf edən eşitmə itkisi. Xroniki irinli orta otit – geniş yayılmış xəstəlik sayılır, hal-hazırda əhalinin 0,8-1% bu xəstəlikdən əziyyət çəkir. Xəstəlik nəinki eşitmə qabiliyyəti üçün, həmçinin kəllə-beyin […]

Ətraflı

Burun çəpərinin hematoma və absesi

Burunun travmatik zədələri nəticəsində selikli qişasının altında qan toplanması müşahidə olunur və burun çəpərinin hematoma və absesi yaranır. İkincili infeksiya daxil olduqdan sonra isə abses yaranır. Simptomları: burun nəfəsinin tam tutımasına keçən birtərəfli və ya iki tərəfli nəfəsin tutlması. Hərarətin yüksəlməsi, başağrı – bunların hamısı absesin yaranmasından xəbər verir. Nəinki müayinə, həmdə burun ucunu bir […]

Ətraflı

Preaurikulyar sviş

Adətən preaurikulyar sviş 3-4 sm. uzunluğuna çatan müxtəlif ölçülü nazik keçid şəklində olur. Bu anomaliya irsi, resesiv növə görə keçə bilər. 25% hallarda qulaq svişi irsi keçir. Hərdən bu sviş xroniki iltihabın ocağı ola bilər. Kəskin iltihab zamanı svişdə irinin çıxması üçün kiçik və dərin olmayan kəsik edilir. Əgər iltihabi proses təkrar olunursa, pasientdə bit […]

Ətraflı

Vazomotor rinit

Vazomotor rinit burunda daimi damar tonusunun pozğunluğu ilə müşayət olunan burnun xroniki iltihabıdır. Burnun selikli qişa ilə örtülmüş yan divarlarına sümük strukturlar bərkidilib – bu burun qanadlarıdır. Onlara çox böyük miqdarda damarlarlar birləşib. Vazomotor rinit zamanı bu damarlarda qan dövranı pozulur, burun qanadları ödəmləşir və bu da mütəmadi olaraq zökəm simptomlarına səbəb olur – burnun […]

Ətraflı

Ağız boşluğunun kandidozu

Ağız boşluğunun kandidozu kandida tipli göbələyin törətdiyi xəstəlikdir. Ağız boşluğunun kandidozu hər kəsdə yarana bilər, lakin əsas risk bölgəsinə kiçik yaşlı uşaqlar və yaşlılar daxildir. Məhz bu yaş kateqoriyalarına orqanizmin qoruyucu gücünün birgədər zəifləməsi xasdır. Ağız boşluğunun kandidozunun birinci dövrü praktiki olaraq simptomsuz keçir. Sonra dil, dodaq üzərində və ya yanağın daxili hissəsində ağ təbəqə […]

Ətraflı

Anosmiya və Hiposmiya

Anosmiya çox nadir hallarda müşahidə olunan patologiyadır və iybilmə qabiliyyətinin itməsi xəstəliyidir. İybilmə qabiliyyətinin qismən itməsi isə hiposmiya adlanır. Hər iki xəstəlik anadangəlmə və ya qazanılmış ola bilər. Hiposmiya və anosmiya tamamilə müxtlif səbəblər nəticəsində yarana bilər və müxtəlif orqanların və toxumalarının zədələnməsi simptomları ola bilərlər. Bu səbəbdən düzgün diaqnozun təyin olunması çox vacibdir. Əksər […]

Ətraflı

Burun travması

Burun travmaları ən çox uşaqlarda baş verir. Oğlanlar qızlara nisbətən 2 dəfə çox halda sınıq burunla xəstəxanaya düşürlər. Burun sümüyü və burun çəpərinin sınmasına şübhə olarsa, travmaya və onun ağırlaşmalarına uyğun olan əlamətlərə diqqət yetirmək lazımdır. Güclü qanaxma Gözyaşı ifrazı. Göz yuvasının və gözyaşı xaric edən yolların birgə travması zamanı yarana bilər Onurğa beyni mayesinin […]

Ətraflı

Soyuqdəymə

Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik […]

Ətraflı

Boğaz ağrısı

Boğaz ağrısına səbəb olan müxtəlif faktorlar var. Boğaz ağrısı əsasən udqunanda boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Bu ağrının əsas əlaməti faringitdir. Boğaz ağrısı ilə faringt termini bir-birindən fərqlənir. Tibbdə faringit olaraq tanınan boğaz ağrısı boğazın iltihablanması nəticəsində formalaşaraq mikroblar və maddələr mübadiləsində olan müxtəlif problemlər nəticəsində yaranır. Boğaz ağrısının ən məşhur […]

Ətraflı