Dupuytren kontrakturası

Düpyüitren kontrakturası əl pəncəsi vətərlərinin ağrısız çapıqlaşma və qısalması olub, əl barmaqlarının funksiyalarının itirilməsi və deformasiyası ilə müşayiət olunan xəstəlikdir.Xəstəlik ən çox kişilərdə, 45 yaşından sonra meydana çıxır. Səbəblərdən biri  kimi genetik meyliliyi  göstərmək olar. Xroniki travmatizasiya, barmaqlarda qidalanma pozğunluğu risk faktorlarına daxildir. Dəqiq səbəbləri hələ də məlum deyil. Simptomlar: Ovucda düyünlər və qalınlaşmalar Dəri […]

Ətraflı

Yastıpəncəli

Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir. Uşaqda yastıpəncəlik olub-olmadığını yalnız 5-6 yaşlarında dəqiq bilmək olar. Bu  yaşa qədər uşaqlarda pəncə sümükləri hələ tam bərkiməmiş və onların müəyyən hissəsi isə qığırdaq toxumasından ibarət olur; bağlar və əzələlər də zəif […]

Ətraflı

Osteomielit

Uşaqlarda rast gəlinən irinli – iltihabi xəstəliklər arasında ən qorxulu və kifayət qədər yayılmış olan osteomielit xəstəliyidir. Osteomielit sümük iliyinin iltihabı deməkdir. Bu xəstəlik zamanı mikroblar sümük iliyinə qan vasitəsilə keçir. Qana isə həmin mikroblar zədələnmiş dəri və selikli qişalardan, yenidoğulmuşlarda və körpələrdə isə göbək yarasından düşür. Bu xəstslik zamanı ən əsas məsələ vaxtında düzgün […]

Ətraflı

Hallux Valgus

Hallux valgus Latınca tıbbi termin olub, baş ayaq barnağında olan deformasiya ya əyrilik, çəplik deməkdir.Baş barmağın artrozu travma və ya əksər hallarda düzgün ayaqqabı seçilməməsi ilə əlaqədar əmələ gəlir. Xüsusilə də, enli, yastı pəncəyə malik olan şəxslər uzun müddət burnu dar, hündür daban ayaqqabılar geydikdə baş barmaq üzərinə təzyiq düşür,barmaq əyilərək deformasiya olunur. Oynaq başı […]

Ətraflı

Osteoartroz

Osteoartrozlu xəstələr ilkin dövrdə zədələnmiş oynaqlarda olan ağrılardan şikayətlənir. Belə ağrılar əsasən çox hərəkət zamanı artır. Xəstəliyin gedişi uzunmüddətlidir, simptomlar əsasən çox yavaş-yavaş artdığı üçün xəstə sanki öz xəstəliyinə adət edir. Ağırlaşmalar əsasən 2 formada müşahidə olunur. 1-ci halda ümümi yorğunluq fonunda toksiki və infeksion təsirlərdən, soyuq temperaturun təsirindən ağrılar tədricən güclənir və oynaqlarda şişkinlik […]

Ətraflı

Endoprotezləşdirmə

Oynaqların  endoprotezləşdirilməsi: bu normal oynağın forması və funksiyasını əvəz edən bir üsuldur. Çox vaxt endoprotezləşmə hərəkəti  məhdudlaşmış oynağın funksiyasını  bərpa etmək və ağrını aradan qaldırmaq üçün yeganə çıxış yoludur. Artıq əməliyyatdan 1-2 ay sonra pasient əvvəlki aktiv həyat tərzinə qayıda bilir. Müasir endoprotezlər demək olar ki, ömürlükdürlər. Protezlər 15-20, hətta 30 il öz normal fəaliyyətlərini […]

Ətraflı

Disklərarası yırtıq

Fəqərəarası disklər onurğanın maye ilə dolmuş, lifli- qığırdaqlı hissələridir.Onlar fəqərələr arasında yerləşərək bir növ hidravlik amortizator rolunu yerinə yetirirlər. Qığırdaq disklər ətraf toxumalardan qidalanır: gecə boşaldılma zamanı suyu özünə çəkir, gündüz isə təzyiq altında ordan çıxarır. İstənilən qeyri-müntəzəm təzyiqlər diskin içindəki qığırdaqlı cismi tərpədərək çıxarır, nəticədə disk dağılır və sinir qıcıqlanır. Bu isə ağrıya səbəb […]

Ətraflı

Skolioz və kifoz

Kifoz – bu onurğanın saggital ölçüdə 50º-dən çox əyilməsinə deyilir. Kifozun ən çox rast gəlinən formaları isə bel bükülməsi və Şeurman kifozudur. Bəzən qarışıq kifoskoliozlara rast gəlinir. Skolioz və ya onurğa əyriliyi dedikdə, onurğanın yana 10 dərəcədən artıq əyilməsi nəzərdə tutulur. Skoliozun ən çox rast gəlinən forması aşağıdakılardır: İdiopatik Anadangəlmə Sinir-əzələ mənşəli Strukturlu İdiopatik skolioz adətən, 10 yaşından […]

Ətraflı

Serebral iflic

Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan  simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə […]

Ətraflı

Tortikolis

Tortikollis-əyriboyun mənasını verir və bir çox səbəbə bağlı olaraq, kəskinləşə bilər. Boyun əyriliyi doğuşdan yaranır. Bu doğuş zamanı və ya doğuşdan sonra özünü biruzə verir. Buna adi danışıq dilində doğuşdan yaranan əzələ mənşəli boyun əyriliyi deyilir. Baş əzələnin gərgin olduğu tərəfdə yana doğru əyilir və üz qarşı tərəfə baxırmış kimi görülür. Boyunu əyriliyin əks tərəfinə […]

Ətraflı