Manual terapiya onurğa xəstəliklərini müalicə edən kompleks üsullardan ibarət müalicə növüdür. Onurğanın bel və boyun nahiyəsində bəzən ağrılar əmələ gəlir. Bu onurğanın və disklərin sürüşməsi, qabarması nəticəsində baş verir. Belə hallar baş verdiyində fəqərə arası sinirlər sıxılır və əzələ spazmı artır. Manual terapevt xəstəliyə məruz qalmış nahiyəyə təsir edərək onurğanı və fəqərələr arası disklərin normal vəziyyətini bərpa edir, əzələ spazmını aradan qaldırır. Manual terapiya ilə müalicə qaməti düzəldərək sərbəst hərəkəti təmin edir, əzələlərdə qanın mikrosirkulyasiyasını yüksəldir, əzələ tonusunu möhkəmləndirir və əzələ bağlarını elastikləşdirir.
Göstərişlər:
- osteoxondroz
- radikulit
- protruziya
- onurğa yırtığı
- qamət pozğunluğu
- skalioz
- baş ağrıları
- miqren
Əks göstərişlər:
- bədxassəli şişlər
- qan-damar xəstəlikləri
- yüksək hərarət
- yüksək təzyiq
- onurğanın iltihabı xəstəlikləri və s.